Milli Məclisin bugünkü iclasının gündəliyi DƏYİŞDİ – YENİLƏNİB

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Modern.az xəbər verir ki, əvvəlcə iclası gündəliyinə 11 məsələ daxil idi. Bu gün iclasın gündəliyi dəyişib və 13 məsələyə baxılacağı bildirilib. “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (ikinci səsvermə). “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden […]

Ardını oxu

Yalnız bu şəxslərə həftə sonu taksi fəaliyyəti göstərməyə icazə veriləcək

Bildiyimiz kimi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb. Bu uzadılma müddətində həftəsonlarında daha sərt qaydalar tətbiq olunacaq. Qarşıdakı həftəsonları (4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək; 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək) bütün ictimai nəqliyyatın hərəkəti tam dayandırılacaq, insanların da hərəkəti maksimum dərəcədə […]

Ardını oxu

ÜST bəyan etdi: Avropa fəlakət yaşayır

Avropa və ABŞ koronavirus epidemiyasının mərkəzi olmağa davam edir. Avropa qitəsində hər 17 saniyədə bir nəfər virusdan dünyasını dəyişir. Bunu ÜST-ün Avropa regionu üzrə nümayəndəsi Hans Kluge bildirib. Epidemiya səbəbindən səhiyyə ocaqlarının üzərinə böyük yük düşdüyünü deyən Kluge Avropada insanların 60 faizinin maska taxdığını, bu rəqəmin 95 faizə yüksələcəyi halda məhdudiyyətlərə ehtiyac qalmayacağını bəyan edib: “Son bir neçə gün ərzində […]

Ardını oxu

Azərbaycan Ordusu Ağdam rayonuna daxil olub – RƏSMİ

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.

Ardını oxu

Ermənilər Laçından qaçır – BBC

Ermənilər Laçını tərk edir. Trend-in məlumatına görə, bu barədə BBC-nin Rusiya xidmətinin hazırladığı reportajda deyilir. Bildirilir ki, 10 noyabrda əldə edilən razılaşmadan sonra əraziyə Rusiya sülhməramlıları gəlib. Hazırda isə ermənilər Laçından qaçır. Qeyd edək ki, üçtərəfli bəyanata görə, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla […]

Ardını oxu

Qarabağa qayıdış Bakıda evləri ucuzlaşdıracaq – Ekspert danışır

Hazırda ölkənin qarşısında duran başlıca məsələ vaxtilə Ermənistanın təcavüzü nəticəsində məcburi köçkün düşən insanları öz yurd-yuvasında məskunlaşdırmaqdır. Bunun üçün ilk növbədə həmin ərazilərdə bərpa – tikinti işləri aparılmalıdır. Qarabağa qayıdış planı Azərbaycanda ikinci “tikinti bumu”nun yaranmasına səbəb olacaqmı? Məcburi köçkünlərin bir qisminin işğaldan azad olunmuş ərazilərdə yerləşdirilməsi və bununla Bakıda əhali sayının seyrəlməsi əmlak bazarına necə təsir edə bilər? İqtisadçı […]

Ardını oxu

Distant təhsilin daha bir problemi: – Tələbəyə “qayıb” yazılmasın!

Koronavirus pandemiyasının həyat tərzimizi dəyişməsilə artıq barışmaqdayıq. Vallah, heç kimin- nə şagirdin, nə tələbənin, nə müəllimin, nə də valideynin distant təhsilə etirazı olmaz. Ən azından ona görə ki, yola pul getmir, evində oturub, dərsə qoşulursan. Amma internetin bitib-tükənməyən problemləri sanki koronavirus kimi mutasiyaya uğrayır, cilddən-cildə girir. İlk tədris günündən etibarən əsas narazılıq internetin problemlərinə görə dərsə qoşula bilməyən şagird və […]

Ardını oxu

Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi Federasiya Şurasının iclasında müzakirə ediləcək

Rusiya sülhməramlılarının Dağlıq Qarabağ münaqişəsi zonasına yerləşdirilməsi ilə əlaqədar olaraq RF Silahlı Qüvvələrinin Rusiya hüdudlarından kənarda istifadəsinə dair məsələ bu ölkənin Federasiya Şurasının bu gün keçiriləcək iclasın ın gündəliyinə daxil edilib.  TASS bununla bağlı yuxarı palatadakı bir neçə mənbəsinə istinadən məlumat yayıb. Bildirilib ki, məsələ Dağlıq Qarabağa aiddir və iclasın əvvəlində müzakirə ediləcək.  Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti […]

Ardını oxu

“Siz tək deyilsiz!” aksiyası müharibədən zərərçəkmişlərə yardımı ilə dövlətə dəstək ifadə etdilər

27 sentyabrdan müharibə şəraitində yaşayan ölkədə sosial vəziyyət və partiya mənsubiyyətindən asılı olmayaraq hər kəs cənab Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşdi, hər kəs maddi və mənəvi dəstəyi ilə müharibədən və erməni terrorundan zərər çəkmiş əhalinin yanında olmağa çalışdı. Elə bu birliyin nəticəsidir ki, 30 il işğal altında qalan torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günə […]

Ardını oxu

Bakıdakı erməni kilsəsi ilə bağlı TƏKLİF

Sabiq millət vəkli, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov Bakıdakı erməni kilsəsi ilə bağlı maraqlı təklif irəli sürüb. Modern.az-a açıqlamasında o qeyd edib ki, kilsənin binası böyük olduğundan onun bir hissəsini erməni vəhşiliyi ilə bağlı rəsmlərə, fotolara ayırmaq olar: “Hesab edirəm ki, Ermənistanın Azərbaycan xalqına qarşı törətdikləri soyqırımları sübut edən faktlar erməni kilsəsində sərgilənməlidir. Xocalı soyqırımı, ötən əsrin […]

Ardını oxu

“​Brent” markalı neftin qiyməti BAHALAŞDI

ABŞ Enerji Departamenti “Brent” markalı neftin qiymətinə dair 2020-ci il üçün proqnozunu 41,19 ABŞ dollardan 40,61 ABŞ dollaradək azaldıb. Bu açıqlamadan sonra dünya bazarlarında neft qiymətləri 3,75 % artıb. Bunu ticarət platformasının məlumatları sübut edir. Bakı vaxtı ilə saat 00:05-ə olan məlumata görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 3,75% artaraq bir barel üçün 43,99 ABŞ dollarına, WTI markalı neftin […]

Ardını oxu

Bakıda kişi gicgah nahiyəsindən bıçaqlandı

Bakının Nərimanov rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb. APA xəbər verir ki, hadisə Xəlil Rza Ulutürk küçəsində baş verib. 1976-cı il təvəllüdlü Həsənov Rafiq Həsən oğlu küçədə naməlum şəxslə əlbəyaxa dava edib.  Dava R.Həsənovun bıçaqlanması ilə yekunlaşıb. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına çatdırılıb. O, başının gicgah nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Ardını oxu

Rusiya sülhməramlıları Ermənistandan Qarabağa yola düşdülər – VİDEO

Ermənistana gələn Rusiya sülhməramlılarından ibarət bölük atəşkəsə nəzarət etmək üçün Qarabağa yola düşüb. Bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sülhməramlılar kalonlar formasında Qarabağa doğru irəliləyirlər. Hərbçilər 250 kilometrdən çox məsafə qət edəcəklər. Qeyd edək ki, gecə saatlarında Bortunda Rusiya sülhməramlıları olan 12 ədəd İl-76 təyyarəsi Ermənistana enib.

Ardını oxu

Rusiya və Türkiyə müdafiə nazirləri Qarabağı müzakirə etdilər

Rusiya müdafiə naziri Sergey Şoyqu ilə türkiyəli həmkarı Hulusi Akar arasında telefon danışığı baş tutub. Bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya və Türkiyənin müdafiə idarələrinin rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər. Bundan başqa, tərəflər Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Ardını oxu

Bu gecə hamımız əsrə bərabər tarixi bir günə şahidlik etdik

Bu gün əsrə bərabər gündür. Bu gecə hamımız tarixi bir günə – Qələbə müjdəsinə şahidlik etdik. İllərdən bəri bizə xəyal kimi görünən qələbə ilə torpaqlara qayıdış artıq cənab Pezidentin uzaqgörən siyasəti, müzəffər ordunun rəşadəti sayəsində reallığa çevrildi. Bu sözləri millət vəkili Məşhur Məmmədov qələbə sevincini Azadmedia.az saytı ilə bölüşərkəm biıdirdi.Allahdan bütün şəhidlərimizə rəhmət diləyən deputat qeyd etdi ki, Birinci Qarabağ […]

Ardını oxu

Bakı sakinləri Polad Həşimovun məzarını ziyarətə axışır – VİDEO

Bakıda sakinlərin qələbə sevinci davam edir.Trend-in məlumatına görə, paytaxt sakinləri 2-ci Fəxri Xiyabana üz tutub.Sakinlər şəhid general-mayor Polad Həşimovun, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və digər şəhidlərimizin məzarını ziyarətə axışır. Bakıda sakinlərin qələbə sevinci davam edir. Trend-in məlumatına görə, paytaxt sakinləri 2-ci Fəxri Xiyabana üz tutub. Sakinlər şəhid general-mayor Polad Həşimovun, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və digər şəhidlərimizin məzarını […]

Ardını oxu

Hulusi Akar: “Qələbə! İşğalçı Ermənistan Dağlıq Qarabağda təslim oldu!”

“Qələbə! Qələbə! Qələbə! İşğalçı Ermənistan Dağlıq Qarabağda təslim oldu!” Türkiyə Müdafiə Naziri Hulusi Akar sosial şəbəkə üzərindən yaydığı paylaşımda belə yazıb. Nazir qeyd edib ki, Azərbaycan Ordusu qarşısında ağır itkilər verən, son olaraq Şuşanı itirən Ermənistan Kəlbəcər, Ağdam, Laçından və nəticədə Dağlıq Qarabağdan tamamilə çəkiləcək!

Ardını oxu

İlham Əliyev: “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi”

Biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə dövrünün ictimaiyyətə açıqlana biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə, dayanın, dayanın, dayanın, […]

Ardını oxu

İlham Əliyev: “Sülhməramlılar mərkəzində Rusiya və Türkiyə zabitləri fəaliyyət göstərəcək”

Bu bəyanatla yeni nəzarət mexanizmi tətbiq edilir. Sənədin 5-ci bəndində yazılır: Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”. Bu barədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev məlumat verib. O qeyd edib: “Deyə bilərəm ki, bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Beləliklə, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli […]

Ardını oxu

Prezident İlham Əliyev: “Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən biz qaytarırıq”

“Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir”. Bu barədə Prezident İlham Əliyev xalqa müraciətində bildirib. “Şuşanın işğaldan azad edilməsidir. Şuşa Qarabağın tacıdır. Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda çox böyük mənəvi məna […]

Ardını oxu

İlham Əliyev: “Paşinyan bu sənədi dəmir yumruğun hesabına imzalayır”

“Ermənistan baş naziri Paşinyanın bu hərəkəti başadüşüləndir, ancaq hər bir insan öz əməllərinə görə cavab verməlidir. Hər bir insan, hətta onun üçün, ölkəsi üçün ən ağır, ən kritik vəziyyətdə özünə hörmət saxlamalıdır”.  Bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistanın Baş Naziri Nikol Paşinyanın son sənədi imzalamaması haqqında deyib.  O qeyd edib:  “Onsuz da Paşinyan bunu imzalayacaq. […]

Ardını oxu

İlham Əliyev: “Bu bəyanat bizim şanlı qələbəmizdir”

“Əziz həmvətənlər bu bəyanatın tarixi əhəmiyyəti var. Bu bəyanat videokonfrans formatında imzalanıb. Bəyanat üç ölkə tərəfindən imzalanmalı idi. Lakin son anda Ermənistanın baş naziri bəyanatı imzalamaqdan imtina etdi. Buna görə görə də bəyanatı mən və Rusiya Prezidenti imzaladıq”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib. O qeyd edib: “Rusiya və Ermənistanın dövlət başçıları bu sənədi imzalayacaqlar. Paşinyanın bu […]

Ardını oxu