Astananın adı Nur-Sultan oldu – RƏSMİ

Manşet Məlumat SON XƏBƏRLƏR
Loading...

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev martın 23-də ölkə paytaxtı Astana şəhərinin adını Nur-Sultana dəyişdirilməsi ilə bağlı fərman imzalayıb.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin adı Nur-Sultan şəhərinə dəyişdirilsin”, – sənəddə deyilir.

Qeyd edək ki, Kasım-Jomart Tokayev martın 20-də parlamentdə ölkə paytaxtının adını Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin şərəfinə dəyişdirilməsini təklif edib.

Xəbərin olsun:  İspan məşqçidən “Qarabağ”a yeni transferlə bağlı – Gözlənilməz xəbərdarlıq

Qazaxıstan parlamenti ölkə paytaxtının adının dəyişdirilməsi ilə bağlı konstitusiyaya dəyişikliklər edib.

Astananın adının dəyişdirlməsi şəhər sakinləri arasında birmənalı qarşılanmayıb.(oxu.az)

Загрузка...