Ankara-Bakı sərnişin qatarının qiyməti bəlli oldu

SON XƏBƏRLƏR Sosial
Loading...

Ankara-Bakı istiqamətində hərəkət edəcək sərnişin qatarı avqust ayında fəaliyyətə başlayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Dəmir Yolları məlumat yayıb. Məlumatda bildirilib ki, Bakıdan çıxan qatar 40 saata Ankaraya çatacaq.

“Çatma dövrünü əvvəlcə 38 saat hesablanmışdı. Lakin yük qatarlarında olan hərəkət saatını və gömrük keçidlərini də nəzərə alsaq, qatarın çatma vaxtı 40 saatdan bir qədər çox ola bilər. Vaqonların kateqoriyasından asılı olaraq qiymətlərin 350-800 TL (97-220 AZN) olması planlaşdırılır”.

Qeyd edək ki, Bakı-Tiblisi-Qars istiqmaətində hərəkət edəcək sərnişin qatarları “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunub. Mart ayında artıq 10 vaqondan ibarət sərnişin qatarı Bakıya çatıb. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir.

Загрузка...