Ana və qızının ölümü ilə bağlı rəsmi məlumat

Hadisə SON XƏBƏRLƏR
Loading...

Martın 3-də saat 16 radələrində Ucar rayonunun Küçəkənd kəndi ərazisində Bərdə rayon sakini R.Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri T.İsgəndərlini və onun azyaşlı qızını vurub.

DİN-dən Orman.Az -a verilən məlumata görə, nəticədə T.İsgəndərli hadisə yerində, uşaq isə xəstəxanaya aparılarkən yolda ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Загрузка...