Agentlik bu ərazilərə də KAMERA quraşdıracaq

SON XƏBƏRLƏR Sosial
Loading...

“Bu günədək BNA tərəfindən 100-ə yaxın məntəqədə qanunsuz parklanmaya intelektual nəzarət sisteminin kamerası quraşdırılıb”.

Bunu Orman.Az-ın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbaut katibi Mais Ağeyev bildirib.

M.Ağayev deyib ki, kameralar təhlillər əsasında quraşdırılır:

“Ümumilikdə ilkin mərhələdə 360-a yaxın belə kameranın quraşdırılması planlaşdırılır. Təhlillər aparılır yollarda daha çox tıxaca səbəb olan süni amillərin olduğu küçələrdə quraşdırılır”.

Xəbərin olsun:  DİN: Azərbaycanda 6 ölü, 1 yaralı - 27 nəfər saxlanılıb

BNA rəsmisinin sözlərinə görə, növbəti mərhələdə Koroğlu metrostansiyasının ətrafında, 20 yanvar dairəsi, Alatava istiqamətində, Müzəffər Həsənov küçəsində, Şamaxinka adlanan ərazidə də kameralar quraşdırılacaq.

Загрузка...