Abşeron və Sumqayıt internetsiz qaldı

SON XƏBƏRLƏR Sosial
Loading...

Abşeron rayonunun və Sumqayıt şəhərinin böyük hissəsində internet təchizatı ilə bağlı problem yaranıb.

Buna səbəb Azərbaycanın milli telekommunikasiya operatoru olan “Delta Telecom” şirkətinə məxsus fiber-optik kabelin zədələnməsidir.

Hadisənin kabelin altından keçdiyi avtomobil yolunda aparılan qazıntı işləri zamanı baş verdiyi bildirilir. Hazırda qəzanın nəticələri aradan qaldırılır.

“Report” məsələ ilə bağlı “Delta Telecom”la əlaqə saxlayıb, şirkətdən bu barədə onlarda məlumat olmadığı bildirilib. (report.az)

Загрузка...