ABŞ etiraf etdi: “Rusiyaya çata bilmirik”

Manşet SON XƏBƏRLƏR
Loading...

ABŞ hipersəsli silahlar sahəsində lider idi, lakin bu sahədə görülən işlər uğursuz oldu və indi mövqeyini yenidən bərpa etmək üçün illər lazımdır.

Bu barədə “RİA Novosti” ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Birliyinin sədr müavini, general Con Haytenə istinadən məlumat yayıb.

“Biz on il əvvəl öndə idik. İki proqramımız, iki prototipimiz var idi… Onlar çox yaxşı işləmədi”, – deyə Hayten Vaşinqtondakı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində çıxışı zamanı etiraf edib.

Xəbərin olsun:  Bakı apteklərində koronavirus işbazlığı - tibbi maska 20 qəpik oldu

O bildirib ki, bu sahədə uğursuzluqdan sonra onun səbəblərini öyrənmək üçün uzunmüddətli araşdırmalar başlandı və sonra proqramlar, ümumiyyətlə, ləğv edildi.

General bu sahədə işlərin bərpası üçün illər lazım olacağını qeyd edib və prosesi sürətləndirməyə çağırıb.

2019-cu ilin dekabrında Pentaqonun rəhbəri Mark Esper ABŞ-ın hipersəsli silahların inkişafında Rusiyadan geri qaldığını etiraf etmişdi.

Xəbərin olsun:  İlham Əliyev və Mehriban Əliyevanın Romada rəsmi qarşılanma mərasimi olub

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Federasiya Məclisinə illik müraciəti zamanı Rusiyanın silahlanma məsələsində, o cümlədən, nüvə silahında dünya birincisi olduqlarını açıqlamışdı.

Загрузка...