4 ildir dünyasını dəyişən şəxs radara düşdü – Azərbaycanda qeyri-adi hadisə – FOTO

Avto-moto flash Hadisə SON XƏBƏRLƏR
Loading...

Azərbaycanda qəribə hadisə baş verib. 4 ildir dünyasını dəyişən şəxs bu ilin fevral ayının 1-də Salyan yolunda sürət həddini aşdığına görə radara düşüb.

Orman.Az Baku.ws-ə istinadən xəbər verir ki, radara düşən mərhumun həyat yoldaşı Zakirə Zakirqızının bildirdiyinə görə, bununla bağlı yaşadıqları ünvana Baş Dövlət Yol Polisi İdarəsindən məktub göndərilib:

“Dünən mərhum həyat yoldaşım Mirzəquluzadə Elxan Balağa oğlunun adına Baş Dövlət Yol Polisi İdarəsindən məktub gəlib. Fevral ayının 1-də Salyan yolunda sürət həddini aşdığına görə radara düşüb. Sonra da idarə etdiyi “Nissan Patrol” avtomobili texniki baxışdan keçmədiyi üçün üstəlik 50 manat da cərimələnib.”

Xəbərin olsun:  Azərbaycanda Respublika Günü qeyd edilir - VİDEO

Zakirə xanım həyat yoldaşının həyatda olmadığını deyir və baş verənləri anlamağa çalışır:

“DYP-nin başbilənlərinə deyim ki, mənim yoldaşım 4 ildir rəhmətə gedib və bizim heç vaxt NİSSAN PATROL maşınımız olmayıb. Hətta öz adına belə kiminçüsə alsaydı xəbərim olardı. İndi məni bir məsələ düşündürür; birdən bu maşın kimisə vurub, öldürdü, məsuliyyəti kim daşıyacaq? Mənim 4 il bundan əvvəl dünyaslnı dəyişmiş yoldaşım”?

Xəbərin olsun:  Bakıda gözəllik salonunda DƏHŞƏT - Qadın öldürüldü

Qeyd edək ki, Zakirə Zakirqızı jurnalistdir. Hazırda Xəzər TV-də çalışır.

Загрузка...