2020-nin fərqlənən parlament seçkisi – GƏLİŞMƏ

Manşet SON XƏBƏRLƏR
Loading...

9 fevral növbədənkənar parlament seçkiləri kampaniyasının təbliğat-təşviqat mərhələsi də başa çatdı. Hər bir namizəd bacarığı, resursları çərçivəsində bu prosesi həyata keçirdilər. Seçkilərin indiyə qədər arxada qalan mərhələlərində ciddi bir qanun pozuntuları, yerlərdə namizədlərə maneələr nəzərə çarpmayıb.

İstər imza toplama mərhələsində, istər qeydiyyata alınma zamanı, istərsə də təbliğat-təşviqat mərhələsində namizədlərə problemlər, maneələr yaradılmaması bu seçki kampaniyasının diqqət çəkən müsbət tərəflərindədir. Hər bir namizəd üçün təbliğat aparmağa şərait yaradıldı. Bütün seçki dairələrinin ərazisində görüşlər üçün yerlər ayrıldı. Namizədlər görüşlərini hər hansı maneələr olmadan keçirdilər. Yerli icra strukturları tərəfindən heç bir maneə olmadı. Seçkilərə heç bir müdaxilələrin olmamasını əhali də çox müsbət qarşılayır. Seçicilərlə görüşlərdən bir daha aydın oldu ki, insanlar ölkədə gedən islahatları dəstəkləyir, parlament seçkilərinin də islahatların davamı olduğunu bilirlər və aktivdirlər. Ölkə boyunca seçki kampaniyası prosesi demokratik şəraitdə getdi. Prosesin gedişatı onu göstərir ki, demokratik seçki keçiriləcək və problem olmayacaq.

Seçki ekspertləri hesab edir ki, seçkiləri əvvəlkilərdən fərqləndirən daha bir məqam bu dəfə təbliğat kampaniyasının daha çox sosial şəbəkələr üzərindən aparılması oldu. Müasir dövr bunu tələb edir və bu daha effektli yoldur. Çünki sosial şəbəkə ilə hər bir evə, hər bir seçiciyə çatmaq imkanı var. Sosial şəbəkədə materiallar televiziyada olan çıxışdan fərqli olaraq qalıcıdır. Seçici istənilən vaxt daxil olub dinləyə, izləyə bilir. Bütövlükdə seçki kampaniyası sağlam rəqabət şəraitində keçdi desək yanılmarıq.

Bu seçkiləri keçmişdə keçirilən seçkilərdən müsbətə fərqləndirən məqamlardan biri də deputatlığa namizədlərinin sayının çoxluğu, namizədliyini irəli sürən və lazımi sənədləri, imzaları təqdim edən iddiaçıların demək olar hamısının qeydə alınması oldu. Azərbaycanda heç bir parlament seçkilərində 9 fevral parlament seçkilərində olduğu sayda namizəd irəli sürülməyib. Bu mənada da 9 fevral seçkiləri rekorda imza atmış seçkilər kimi tarixə düşəcək.

Bu seçkilər rekord oldu və bunun özü çox şeydən xəbər verir. İnsanların seçkiyə bu qədər maraq göstərməsi ondan irəli gəlir ki, insanlar ölkə prezidentinin apardığı islahatların demokratiyanın inkişafına da hədəfləndiyinin fərqindədirlər. Bütün spektrlərin təmsilçilərindən seçkilərdə namizəd olanlar var.

Əvvəlki seçkilərdən fərqli olaraq 6-cı çağırış Milli Məclisə seçkilər daha böyük siyasi fəallıqla müşayiət olunmaqdadır. İlk növbədə deputatlığa namizədlərin sayı bu dəfə rekord səviyyəyə çatdı. Daha bir rekord bu parlament seçkilərində çoxlu sayda gənclərin namizədliklərini irəli sürməsində oldu. İndiyə qədər heç bir parlament seçkilərində indiki qədər gənclər seçkidə namizəd olmayıblar. Elə seçki dairələri oldu ki, namizədlərin sayı 40-a qədər yüksəlmişdi. Şübhəsiz ki, namizədlərin sırasında imkanları seçilmək, xalqdan dəstək qazanmaq üçün yetərli olanlar da var, imkanları az olanlar da. Tam məsuliyyətlə demək olar ki, seçki kampaniyasının birinci mərhələsində-yəni sənədlərini seçki komissiyasına təqdim etmək, imza vərəqələrini almaq, imza toplamaq, qeydiyyata alınması mərhələləri, həmçinin təbliğat-təşviqat prosesində bütün seçki prosesi tam demokratik keçib.

Bu günə qədər müşahidə etdiyimiz proses 9 fevral seçkilərinin Azərbaycanın tarixinə yazılacağını söyləməyə əsas verir.
“Yeni Müsavat”

Загрузка...
Xəbərin olsun:  “Prezident əmr verdi, bir neçə saata 7 kəndi aldıq”