200 manatlıq əskinaslar niyə gözə dəymir? – Elman Rüstəmov açıqladı

flash İqtisadiyyat
Loading...

Azərbaycanda hazırda dövriyyədə 400 milyon manat həcmində 200 manatlıq əsginaslar var. Həmin əsginaslar pul dövriyyəsinin ancaq 5%-ni təşkil edir.

Orman.Az virtualaz.org bildirir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O bildirib ki, ümumiyyətlə, dövriyyədə 200 manatlıqların az olmasının bir neçə səbəbi var. Bunlardan biri odur ki, bu əsginas bankomat sistemində əmək haqlarının ödənilməsi üçün istifadə olunmur.

Eyni zamanda nağd pul dövriyyəsi ilə qeyri-nağd pul dövriyyəsi arasında əlaqə çox zəifdir, yəni pul təzələnmir. Bank sektorundan 200 manatlıqlara sifarişlər gəlmir: “Bank sektorundan sifariş gəlmirsə, deməli, iqtisadiyyatdan gəlmir. Ən böyük məsələ də budur ki, niyə gəlmir? Hesab edirəm ki, iqtisadiyyatın buna tələbatı var. Xüsusilə də nağd iqtisadiyyatdakı pul başlıca olaraq ödəniş funksiyasını yerinə yetirir. Ödəniş funksiyalarında isə daha iri nominallar tələb olunur, amma niyə bu tələb yoxdur haqqında bizim versiyalarımız var. Burada dramatik bir faciə yoxdur, amma daha çox iqtisadi səbəblər var. Bu, kölgə iqtisadiyyatı ilə əlaqədardır”.

Daha sadə dillə ifadə etsək, dövriyyədə nağd pulun istifadə edilməsi obyektiv olaraq məhdudlaşdırıldı. Kölgə iqtisadiyyatı isə əlindəki nağd pulu dövriyyəyə çıxarmır, əgər çıxarsaydı bu zaman 200 manatlıqlara ciddi tələbat yaranardı.

Загрузка...