“20 yanvar”da küçə itləri xanım jurnalistə hücum etdi- QORXULU VİDEO – FOTOLAR

Hadisə Manşet Məlumat SON XƏBƏRLƏR
Loading...

Bu gün səhər saatlarında “20 yanvar” metrostansiyası yaxınlığında küçə itləri jurnalistə hücum edib.

Orman.Az xəbər verir ki, hadisə Tblisi prospektində yerləşən “Bravo” hipermarketin qarşısında baş verib.
Telefonla küçə itlərini çəkən qız qəfildən onların hücumuna məruz qalıb. Videodan göründüyü kimiqız itlərin onu qapacağını görüb qışqıraraq qaçır. Bu zaman yaxınlıqdakı şəxslər köməyə gələrək itləri oradan uzaqlaşdırırır.

Zərərçəkənin məlumatına görə küçə itlərini çəkməkdə məqsədi təhlükəni ictimailəşdirmək olub. Çünki həmin ərazidə hipermarket yerləşir, itlərin orada toplaşması mağazaya gələn uşaqlar, qocalar üçün açıq təhlükə yaradır. Peşəsini yerinə yetirən jurnalist sonda az qalır özü təhlükənin qurbanına çevrilsin.

Qeyd edək ki, hazırda şəhərin bir çox ərazilərində sahibsiz itlər yaşamaqdadır. Və onların dəfələrlə insanlara hücum etməsi bardə xəbərlər yayılır. Təəssüf ki, aidiyyatl orqanların bu yöndə hər hansı əməyi gözə dəymir.

Hadisə zamanı çəkilmiş videonu və fotoları təqdim edirik:

Загрузка...