10 yaşlı qızı zorlayan iki qonşu və doğulan qız uşağı… – Qəbələdəki tükürpədən hadisənin TƏFƏRRÜATLARI

flash Hadisə kriminal SON XƏBƏRLƏR
Loading...

Qəbələ rayonunda zorlamada təqsirli bilinən 2000-ci il təvəllüdlü Sadiq Məlikov və onun yaşıdı Akif Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Orman.Az teleqraf.com-a istinadla xəbər verir ki, Sadiq Məlikov 2014-cü ilin oktyabr ayının ortalarında Qəbələ rayonunun Ziring kəndində 2004-cü il təvəllüdlü Tahirə Məmmədovaya (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) təcavüz edib.

Əqli cəhətdən zəif olan Tahirə Məmmədova Sadiqin qonşusu olub.

Tahirənin və valideynlərinin etibarını qazanan Sadiq ailənin evinə sərbəst gedib-gəlmək imkanı əldə edib. Azyaşlı Tahirə evdə tək olduğu zaman Sadiq ona təcavüz etmək istəyib. Niyyətini həyata keçirmək üçün qızı aldadıb və yataq otağında onunla intim əlaqədə olub.

Xəbərin olsun:  İlham Əliyev İsveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO

İstintaq müəyyən edib ki, Tahirə Məmmədova digər qonşusu Akif Babayev tərəfindən də təcavüzə məruz qalıb. O, Tahirənin yaşadığı evə televizorda istifadə olunan peyk antenna kanallarının nizamlanması adı ilə girib və evdə tək olan Tahirə ilə intim əlaqədə olub.

Daha sonra Akif Tahirəyə qarşı seksual xarakterli zorakılıq hərəkətləri də edib, onu oral seksə məcbur edib.

Xəbərin olsun:  Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının iclasında çıxış edir - CANLI YAYIM

İki oğlan tərəfindən təcavüzə məruz qalan Tahirə sonda hamilə qalıb. Bir qədər sonra ailə üzvləri bu olaylardan xəbər tutublar.

2015-ci ildə təcavüzə məruz qalan Tahirə dünyaya qız uşağı gətirib. Tahirənin atası Sahib baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Müəyyən edilib ki, Tahirənin qızının bioloji atası Sadiq Məlikovdur. Ondan götürülən qan nümunələri ilə də bu sübuta yetirilib.

Загрузка...