“Ərimin nişan üzüyünü də satdım” – Elnarə

şou-biznes
Loading...

“İnsan bəxti təmtəraqlı toyda, üzükdə, güzgüdə deyil. İnsan özü-özünü idarə edir”.

Axşam.az  bildirir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva “Şou ATV” verilişində deyib. Sənətçi illər əvvəl başına gələn hadisədən danışıb. O bildirib ki, iflas olub və hər şeyini satıb:

“Toylara çox baha qiymətə gedirdim. Tar-kamanla işləyirdim. Yaxşı imkanım var idi. Həmin imkanın, xoşbəxtliyin qabağında qəribə sınaq oldu. Gedib kiminsə cibinə girməli deyildim ki… Başladım hər şeyi bir-bir satıb yedim.

Xəbərin olsun:  Minanın 2 adaxlısı, "xəyanətkar" Oksana, Nüşabənin tez-tez "sevgili" dəyişməyi, Niyamın saqqal hənası, Xatirənin 4 minlik istəyi və ... — ŞOUMIZ

Elə məqam gəldi ki, heç nə qalmadı. Elxanın (həyat yoldaşı – red.) barmağındakı üzüyü və özümünkün çıxarıb aparıb satdım. İndi ondan qat-qat baha üzük aldım ona. Sən demə, o da pulunu yığıb mənə üzük alıb”.

Загрузка...