“Ərik arağı” içib avtobus sürən sürücü həbs edildi – VİDEO

Hadisə Məlumat SON XƏBƏRLƏR
Loading...

Dünən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 10-cu tağımının əməkdaşları Hənifə Ələsgərov və Azadlıq prospektinin kəsişməsində 90 VX 692 dövlət nömrə nişanlı, 83 nömrəli avtobusun sürücüsü Hətəmov Təbib Sədayət oğlunu sərxoş halda saxlamışdı. Sürücü ərik arağı içdiyini etiraf etmişdi. Onun barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib. Avtosfer.az xəbər verir ki, bu gün Nərimanov rayon məhkəməsi sürücü barəsində 25 gün inzibati həbs və 2 illik sürücülük hüququnun məhdudlaşdırılması qərarı çıxarıb.

Загрузка...
Xəbərin olsun:  Bakı, Sumqayıt və Abşeronda koronavirusa yoluxanların SAYI