Ərdoğan: “Regionun qan və göz yaşında boğulmasına icazə verməyəcəyik”

Manşet Məlumat
Loading...

“ABŞ-la İran arasında gərginlik arzulamadığımız mərhələyə çatıb”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Türk axını” qaz kəmərinin açılış mərasimində deyib.

“Qonşu İraq onsuz da həssas sabitliyini tamamilə itirmək təhlükəsi ilə qarşı-qarşıyadır. İraq türkmənlərinin təhlükəsizliyi bizim vətəndaşlarımızın təhlükəsizliyi qədər əhəmiyyətlidir. Region son 20 ildə onsuz da zəifləyib. Məqsədimiz gərginliyi azaltmaqdır. Coğrafiyamızda artıq yeni bədəl ödəməyə heç kimin taqəti qalmayıb. Savaş səslərinin eşidildiyi bu kritik prosesdə bütün diplomatik kanallardan istifadə edərək gərginliyi azaltmağa çalışırıq. Heç kimin sadəcə öz mənafeyinə görə İraq başda olmaqla, bütün regionu atəş dairəsinə atmağa haqqı yoxdur. Müttəfiqimiz ABŞ-la qonşumuz İran arasında bir müddətdir davam edən gərginlik arzu etmədiyimiz mərhələyə çatıb. Əlimizdəki bütün imkanları səfərbər edərək regionun qan və göz yaşında boğulmasına icazə verməyəcəyik”, – deyə Türkiyə Prezidenti vurğulayıb.(apa)

Xəbərin olsun:  Zümrüd daşının insan sağlamlığına mühüm faydası
Загрузка...