Ərdoğan mikrofonun açıq olduğunu unutdu və… – Moskvada MARAQLI ANLAR

Manşet Sosial
Loading...

Dünən Moskvada Ərdoğan- Putin görüşü keçirildi.

BakuPost xəbər verir ki, bütün dünyanın maraqla təqib etdiyi görüşdə maraqlı an yaşanıb.

Belə ki, Putinə görüşdən sonra Lavrovla danışan Ərdoğan söhbət əsnasında Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunu yanına çağıraraq ona “Əsədlə danışdınız, elə deyilmi?” deyə sual verib. Ərdoğan həmin an mikrofonların açıq olduğunun fərqinə varmayıb. Bu anlar qeydə alınsa da, Lavrovun olaya reaksiyası videoya düşməyib.
Xatırladaq ki, fevralın 27-də Suriya Prezidenti Bəşər Əsəd rejiminin Türkiyə Silahlı Qüvvələrinin mövqeyinə hava hücumu və sonrasında Türkiyə 40-a yaxın şəhid verib. Hücumun ardından Türkiyə Suriyada “Bahar qalxanı” adlı hərbi əməliyyata başlayıb. Dünən Moskvada keçirilən görüşdə isə tərəflər arasında atəşkəs imzalanıb.

Xəbərin olsun:  Prezident şəhid general və polkovnikin ailəsinə zəng etdi - Foto
Загрузка...