Əfv Komissiyası bu gün növbəti iclasa toplaşır

Cəmiyyət Məlumat SON XƏBƏRLƏR
Loading...

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Orman.Az-ın Trend-ə istinadən məlumatına görə, iclasda əfvlə bağlı müraciətlərə baxılması nəzərdə tutulub.

Komissiyaya 1000-dən artıq müraciətin daxil olduğu bildirilir. Komissiyanın ötən iki iclasında 200-ə qədər müraciətə baxılıb.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının ötən il yanvarın sonlarından mayın ortalarına qədər davam edən iclaslarında 1200-dən artıq müraciətə baxılmışdı. İclasların ardınca, 2018-ci il mayın 24-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzaladı. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olundu.

Загрузка...
Xəbərin olsun:  Bakı-Sumqayıt yolunda qız avtomobildə görün nə etdi... - VİDEO